Vivo S1-in özəlliklərilə müqayisədə qiymətinin az olması alıcıları sevindirdi

  • 27 Mart 2019

Çin smartfon istehsalçıları çerçivəsiz smartfon istehsalını günü-gündən artırır. Ölkənin ən populyar smartfon istehsalçılarından biri olan Vivo, ön kameranı açılıb, bağlanan bir mexanizmə yerləşdirdiyi, yeni tam çərçivəsiz smartfonu olan Vivo S1-i rəsmi şəkildi təqdim etdi.

Vivo S1

Chip.az bildirir ki, yeni Vivo S1 6,5 düymlük Full HD + ekrana malikdir. Smartfon olduqca nazik bir ekran çərçivəsinə və 90,95% ekran/gövdə nisbətinə malikdir. MediaTek Helio P70 prosessoru ilə təchiz edilmiş cihaz, güclü performans və üçlü arxa kamera ilə çox yaxşı bir foto keyfiyyəti əldə etməyə yardımçı olur.

6GB RAM, 128 GB yaddaşa malik smartfon 6.5 düymlük Tam HD + ekran ilə təchiz olunub. Android 9.0 Pie əməliyyat sistemli Vivo S1 12 MP + 8 MP + 5 MP üçlü arxa kameraya və 24.8MP-lik ön kameraya sahibdir. Smartfonun 3940 mAh batareyası var.

Vivo S1-in satış qiyməti 2,298 yuan (342 $)-dır.

Sevinc Bab-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır