Chip.az bildirir ki, WhatsApp, Google Play Beta Proqramı vasitəsilə yeni bir yeniləmə yayımladı və Android 2.19.82 versiyasını yüksəldi. Belə ki, yeniləmə ilə birlikdə WhatsApp qaranlıq rejiminin kodlarını beta tətbiqinə əlavə edildi.

Bununla da yüz milyonlarla WhatsApp istifadəçiləri dünyanın ən çox yüklənmiş mobil tətbiqini daha qaranlıq bir interfeyslə istifadə edə biləcəklər.

Bildiyiniz kimi, qaranlıq rejimin ən böyük üstünlüyü, ekranistifadəsini azaldır ki, bu da OLED ekranlı telefonlarda şarj sərfiyyatını azaldır. Lakin fotolardan da göründüyü kimi, WhatsApp tünd boz tonlara üstünlük verməsi bu rejimin şarj qənaətinə maneə olacaq.

Qeyd edək ki, Android 2.19.82 beta versiyası ilə qaranlıq rejim tətbiqi inteqrasiya olunsa da hələ istifadəyə açıq deyil. Yaxın zamanlarda tətbiq istifadəyə açıq olacaq.
Sevinc Baba-zadə