Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
Yeni təqdimatı keçirilən Huawei P30 Pro-nun bütün özəllikləri bəlli oldu
- 27 Mart 2019
Chip.az bildirir ki, Huawei P30 Pro performans baxımından heç də Huawei P30-dan geri qalmır. Huawei P30 haqqında öncəki yazıda xəbər verdik. İndi isə Huawei P30 Pro-nun özəlliklərinə nəzər salaq.
Huawei P30 Pro dizaynı:
P30 Pro notch dizaynı və çox incə ekran çərçivələri sayəsində istifadəçiyə çox böyük ekran/gövdə nisbəti təklif edir. Qıvrımlı kənarlar yan çərçivələrin öndən baxdıqda kənarların demək olar ki görünməməsinə səbəb olur ki, bu da görüntü baxımından böyük imkanlar yaradır. Bundan əlavə, dördlü kamera quruluşuna sahib olsa da, Galaxy S10 və Mate 20 Pro-nun üçlü kamera quruluşundan daha kiçik bir kamera moduluna sahibdir. Telefon tam olaraq simmetrikdir, əyri ekrana və yalnızca 2.2 mm qalınlığında çərçivəyə malikdir. Ön kameranın yer aldığı damla çentik ekranın orta yuxarı hissəsində yer alır.
Huawei P30 Pro performansı:
Huawei P30 Pro Mate 20-nin Kirin 980 prosessoru ilə təchiz edilib. Kirin 980, 7nm istehsal prosesi daha az enerji istehlakı ilə daha yüksək performans təmin etməyə mkan yaradır. Kirin 980-nin digər bir xüsusiyyəti də ikili süni zəka prosessoruna sahib olmasıdır.
Cihaz 8 GB RAM və 512 GB daxili yaddaş imkanı ilə istifadəçilərin uzun müddət yaddaş problemi yaşamamasına və yüksək istifadə performansına şərait yaradır. GPU Turbo 2.0 texnologiyasından istifadə zatən smartfonun keyfiyyətini ortaya qoyur.
Huawei P30 Pro kamerası:
Huawei keçən il təqdim edilən P20 Pro ilə DxOmark-da zirvəyə qalxmış və Mate 20 Pro ilə bu yeri sağlamlaşdırmışdı. Lakin, P30 Pro dörd Leica sensorlu inkişaf etdirilmiş kamera quruluşu ilə daha da yüksəlməyi planlaşdırır. İnkişaf etmiş RGB, geniş aspekt, telefoto və Tof sensorları ilə istifadəçilərin canlı və dəqiq şəkillər çəkməsini mümkün qılarkən, 10x hibrid yaxınlaşdırma texnologiyası sayəsində, görüntüləri minimum detal itkisi ilə yaxınlaşdırmanı (zoom) təmin edir.
Qeyd edək ki, P30 Pronun kamera performansı Dxomark-da 112 xal almağı bacardı və Galaxy S10 və Made 20 Proyu geridə qoyaraq, zirvəyə qalxdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır