Rəsmi təqdimatı gerçəkləşən Huawei P30 haqqında hər şey

  • 27 Mart 2019

Chip.az bildirir ki, Huawei-nin P seriyasının ən son üzvü Huawei P30 təqdim edildi.

Qeyd edək ki, zamanla sızdırılan məlumatlarda bu smartfonlar haqqında məlumat  yayımlamışdıq. Təqdimatdan sonra smartfonların digər bütün xüsusiyyətləri sizəmaraqlıdırsa, o zaman oxumağa davam edin.

P30 Pro ilə birlikdə təqdim edilən cihaz, bir istehlakçının bir smartfondan gözlədiyi demək olar ki, bütün xüsusiyyətləri ona təklif edir. Belə ki, Huawei P30 dizayn və performansı ilə ötən ay təqdim edilən Samsung Galaxy S10-nun ən böyük rəqiblərindən biri olacaq.

Bildiyiniz kimi hazırda dünyada ən çox satılan üçüncü smartfon istehsalçısı Huawei ancaq Samsung və Apple kimi rəqiblərdən geri qalır.

Huawei P30 ekranı:

Son 2 il ərzində smartfon ekranlarında tədricən yoxa çıxan çərçivələrlə ayaqlaşmağa çalışan Huawei 6.1 düymlük Tam HD + OLED ekranla təchiz olunub. Həmçinin 2340x1080 piksel ekranda olduqca geniş rəngli şkala mövcuddur. Lakin,ekranda bu detallar istisna olmaqla, istifadəçiyə istiqamətlənmiş başqa heç bir yenilik yoxdur.

Huawei P30-un dizaynı:

Premium smartfonlardan söhbət gedirsə, dizayn istehlakçılar üçün əsas element təşkil edir deməkdir. Huawei P30 damla çəntikli ekrana sahib olmaqla çox nazik çərçivələrə malikdir. Bu da olduqca çox böyük ekran/gövdə imkanı ilə istifadəçilərə hamar bir smartfon ekranı təcrübəsi yaşadır.

Huawei P30 kamera xüsusiyyətləri:

Huawei P30 Leica tərəfindən inkişaf etdirilən qabaqcıl linzalarla gəlir. 40 meqapikselli Super Sensing kamera mükəmməl keyfiyyətli fotoya sahib olmaqla yanaşı cihazda 16 meqapikselli ultra genişzolaqlı kamera və 8 meqapikselli linzalarla 3 sensorlu arxa kamera quraşdırılması yer alır.

Bununla birlikdə 32 meqapikselli ön kamera ön şəkimlərdə (selfie) ən doğru rəngləri və ən dəqiq görüntüləri fotoya əks etdirməyi bacarır. Beləliklə, ön kameranın ən zəif mühitdə belə istifadəçinin ümidlərini doğruldacağını göstərir.

Huawei P30 performans xüsusiyyətləri:

Huawei, P30-da keçən ilin ən yaxşı mobil telefon çipi HiSilicon Kirin 980-dən istifadə edib. Dünyanın ilk 7nm-lıq prosessor çipi olan Kirin 980 2.6 GHz  sürətində 4 ARM Cortex-A76, 1.8 GHz sürətində 4 ARM Cortex-A55 ilə cəmi 8 CPU-ya sahibdir.

Vizual performansa cavabdeh Mali-G76 GPU bu günün standartlarını özündə əks etdirməyi bacarır. Bundan əlavə smartfon 1.4 Gbps download (yükləmə) sürətini dəstəkləyən Cat21 LTE modemlə də təchiz olunub. 8 GB-lıq LPDDR4X-4266 RAM performans tələblərinə cavab verə biləcək özəllikdədir. Bundan əlavə, Kirin 980 içərisində iki NPU (Neural Processing Unit), yəni, ikiqat süni intellekt prosessor var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər