Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

  • 26 Mart 2019
  • 76

Chip.az xeberler.az istinad edərək bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz hadisəylə bağlı açıqlama verib:

"Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan "Diqlas" Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər. Dünyada artıq bu tip ərazilərdə, bu tip obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur. İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın?"

Ekspert sığorta məsələlərinin sərtləşdirilməli olduğunu da vurğulayıb:

"Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı xidmətlər təklif olunurdu? İndi onların zərərini kim ödəməlidir? Fikrimcə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir. Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəszizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil. Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki, mövcud resurslarla yalnız kənara yayılmanın qarşısını almaq mümkün olacaq. Odur ki, bu məsələlərə yenidən baxılması doğru olardı."

Osman Gündüz eyni zamanda FHN-nin yeni, innovativ yanğınsöndürmə texnikasından istifadə etməli olduğunu da qeyd edib:

"Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi Könüllü yanğından mühafizə dəstələrini inkişaf etdirmir? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub. Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik. Biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik. Onların fədakarlığını yüksək qiymətləndirirk. Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir. Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir."

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Gigabyte dünyanın 15,000MB / s sürətinə sahib ilk SSD-ni təqdim etdi

Kompüterlərdə daha sürətli işləyəcək yaddaş qurğuları hazırlanır.

Apple və Google Android ilə iOS-a gələcək yeni emojileri açıqlayıb

17 iyul dünya emoji günü münasibətilə Apple və Google  istifadəçilərin xidmətinə veriləcək olunacaq yeni emojileri təqdim ediblər. Android Q və iOS 13 ilə birlikdə 60 ye

Aya gedəcək ilk sərnişin açıqlandı!

Spacex tərəfindən Aya gedəcək şanslı ad, Yaponiyanın ən böyük onlayn geyim satış saytının sahibi 42 yaşlı Yusaku Maezawa olaraq açıqlanıb. Maezawa, Ayın ətrafında dövrə v

Araba Tavanında Rahat Yatmaq Üçün İnkişaf Etdirilən Çadır

Sebastyan Maluska, bütün vasitə və avadanlıq modellərinin damına monte edilməyə uyğun bir avtomobil tavanı çadırı inkişaf etdirdi.
İsveçrənin Renens şəhərində yerləşə

Sound of Light layihəsi uğurla başa çatıb

Süni zəkanın görüntüləri oxumaq və onları səsə çevirmək imkanını yaratmaq məqsədi ilə mütəxəssilər aylarla bu layihə üzərində işlər gördü. Huawei Made 20 Pr