BMW i4-ün bəzi xüsusiyyətləri açıqlandı

  • 26 Mart 2019

Belə ki, elektrik enerjisi ilə çalışan avtomobil bazarında söz sahibi olmağı planlaşdıran BMW bu məqsədlə 2025-ci ilə qədər 12 fərqli bu tip avtomobillər istehsal etməyi planlaşdırır. Bununla belə şirkət İsveçin Arjeplog şəhərində sınaq mərkəzində işləyən i4-ün texniki xüsusiyyətlərini açıqlayıb.

Chip.az bildirir ki, Tesla Model 3-lə rəqabət etməsi gözlənilən avtomobilin özəllikləri 4 qapılı və orta seqmentli avtomobil olaraq qiymətləndirilərək "dinamik dizaynı, ilham verici performans və rahatlığı özündə birləşdirir"-deyə qiymətləndirilir. Şirkətin 5-ci nəsl eDrive texnologiyası ilə istehsal edəcəyi avtomobil 600 kilometr mənzil yol ala biləcək.

Elektrik mühərrikləri yalnız 4 saniyədə 0-dan 100 kilometrədək sürət yığacaq və avtomobilin maksimal sürəti 200 kilometrdən artıq olacaq. BMW i4 istehsalı 2021-ci ildə Münihdə BMW zavodunda reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər