Boeing və Sikorsky-nin birgə layihəsi, SB-1 Defiant-ın uçuşu reallaşdı

  • 26 Mart 2019

Chip.az bildirir ki, düşmüş təyyarələri ilə tanınan Boeing və istehsal etdiyi vertolyotlarla bilinən Sikorsky-nin əməkdaşlığı ilə SB-1 Defiant ilk dəfə havaya qalxdı.

Belə ki, iki şirkətin qüvvələrini birləşdirərək istehsal etdiyi yüksək sürətli SB-1 Defiant ABŞ hərbi xidmətinə təqdim edildi. Şaquli qalxış edə bilən döyüş vertolyotu havada 30 dəqiqədən çox qalaraq, manevr testlərindən keçdi.

SB-1 Defiant-ın ən təəccüblü xüsusiyyəti, eyni kateqoriyada olan digər döyüş vertolyotların orta sürətinin 2 qatı sürətə malik olmasıdır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır