Pwn2Own-da internet brauzerlərini hack etməyi bacaran hakerlər 270.000 dollar mükafat qazandılar

  • 26 Mart 2019
  • 55

Tesla Model 3-ə hack etməyi bacaran komandaya Model 3 hədiyyə etdikdən sonra Firefox, Microsoft Edge Apple Safari brauzerləri üzərində hacking bacarıqlarını nümayiş etdirən hakerlər, mükafat olaraq nə az, nə çox 270 min dollar qazandılar.

Chip.az bildirir ki, Pwn2Own-ın bu ilki yarışması hacking qabiliyyətlərindən çox müsabiqədə paylanan mükafatları ilə diqqətləri cəlb etdi. Belə ki, Mozilla Firefox, Microsoft Edge və Apple Safari brauzerlərində hacking imkanlarını nümayiş etdirən hakerlər bunun qarşılığında ümumilikdə 270 min dollar qazandılar.

Fluoroacetate adlı qrupun kompüter yaddaşında quraşdırılmış əməliyyat sisteminin ilk hissəsini yeniləməsi ilə Mozilla Firefox-a etdiyi hücum komandaya ümumi 50.000 dollar qazandırdı. Pwn2Own-ı təşkil edən Zwn Day Initiative (ZDI) Fluoroacetate komandasının özəl veb saytlara Firefox üzərindən qoşulmaya imkan yaradan sistem səviyyəli koddan istifadə etdiklərini bildirdilər.

Fluoroacetate-nin yalnız mükafatı Mozilla Firefox-dan gəlmədi. Mozilla Firefox üçün istifadə edilən metoddan əlavə, eyni qrup virtual kompüterdən yardım alaraq Microsoft Edge-də hackinq əməliyyatlarını həyata keçirə bildi. Edge-dəki həssaslıq və VMware Workstation adlı bir virtual kompüter proqramı ilə əlaqədar bir problem, hack komandaya tam 130.000 dollar mükafat da qazandırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Nar abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə etdi

“Nar”-ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi ““Nar”-ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşdı. 10-12 oktyabr tarix

Azərbaycanda ilk dəfə taxılyığan kombayn və elektrobus istehsal olunub

Chip.az xəbər verir ki, İB-nin yaydığı məlumata görə, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 m

Şəhid ailələri övladları üçün ödənişsiz Front-End proqramlaşdırma kursu

Chip.az xəbər verir ki, Matrix bu dəfə şəhid ailələrinin övladları üçün ödənişsiz olaraq nəzərdə tutulmuş yeni Front-End proqramlaşdırma qruplarına q

Pornoqrafiya oyunları üçün 1 milyon dollar vəsait toplanıb

Chip.az  xəbər verir ki, hazırladıqları məhsul ilə qalmaqallı  müzakirələrin mərkəzinə çevrilən “Studio FOW” sözü gedən oyun üzərində işləri davam e

İnternetdən düzgün alış-veriş etməyin qaydaları

Lakin, bəzən bu tam tərsi, öz ziyanları ilə də yadda qalır. Məsələn məhsulun ümumiyyətlə gəlməməsi, və ya göründüyündən daha az keyfiyyətdə olması , hesabdan da