UMIDIGI F1 Play-in texniki özəllikləri və qiyməti bəlli oldu

  • 26 Mart 2019

Chip.az bildirir ki, UMIDIGI üzərində apardığı işlərlə Huawei və Xiaomi-dən daha sürətli şəkildə ağıllı telefon sektorunda yüksəlir. Yanvar ayında təqdim olunan UMIDIGI F1 və S3 Pro-dan sonra şirkət indi də UMIDIGI F1 Play-i təqdim edir.

Arxa tərəfində 48 MP dəqiqliyində və f / 1.7 diafraqma açıklığından ana kameraya, 8 MP dəqiqliyində dərinlik sensor və barmaq izi okuyucusuna sahib olan F1 Play-in ön tərəfində 16 MP dəqiqliyində selfie kamerası, su damlası çentiyin içərisində yerləşir.

Gücünü süni zəka dəstəkli MediaTek Helio P60 çip setindən alan ağıllı telefon, 6 GB RAM-ı və 64 GB yaddaş sahəsini istifadəçilərə təqdim edir. 6,3 düymlük LTPS, FHD + ekrana sahib olan F1 Play, 5.150 mAh tutumlu bataryasıyla 18W sürətli şarj dəstəyi və Android 9 Pie əməliyyat sistemi ilə birlikdə istifadəçilərin istifadəsinə təqdim olunur.

Qlobal satış qiyməti 199.99 dollar olaraq təyin olunan UMIDIGI F1 Play, sahib olduğu texniki xüsusiyyətlərə görə bazarı yenidən yerindən oynadacaq bir ağıllı telefon olma xüsusiyyətini daşıyır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır