Youtuber Tesla-nın toqquşmaları əngəlləyən avto pilotunu test etmək üçün həyat yoldaşından istifadə etdi

  • 19 Mart 2019

Chip.az bildirir ki, elə bu texnologiyaya arxalanan Youtuber Kriszxstream apardığı sınaqda həyat yoldaşı və onun çantasından istifadə etdi. 2 video çəkən Youtuber ilk videonun əvvəlində avto pilotun qabağına qaça-qaça çıxan bir piyada olanda nə edəcəyini test edəcəklərini deyir. Qadın yola çıxdığı anda avtomobilin içində siqnallar çalışsa da bunun qadından görə olub, olmadığı bilinmir və qadın son anda özünü avtomobilin qarşısından çəkir. İkinci videoda isə Kriszxstream çantaya doğru avtomobili sürür. Çantanın fərqinə varan avtomobil dayanmaq üçün son anda həmlə etməsinə baxmayaraq çantanı yıxır. Həyat yoldaşı toqquşmadan sonra çantasının "yaşadığını düşündüyünü" bildirir. Şərhlər isə heç də müsbət deyil. Tamaşaçılar ümumiyyətlə mənfi tənqidlər ünvanlayaraq, bu şəkildə bir testin düzgün olmadığını vurğulayıblar. Lakin, bu tip olmasa da Tesla şirkətinin sınaq testləri keçirməli olması mütləqdir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır