Xiaomi Black Shark 2 təqdim edildi: qiymət və özəllikləri

  • 19 Mart 2019
  • 167

Xiaomi, uzun müddətdir gözlənilən yeni oyun telefonu Black Shark 2-ni təqdim etdi. Cihaz istər xüsusiyyətləri, istərsə də dizaynı ilə rəqiblərini geridə qoymağı bacarır.

Chip.az bildirir ki, Xiaomi şirkətin üçüncü nəsil oyun telefonu olan Xiaomi Black Shark 2-ni rəsmi şəkildə təqdim etdi. Mobil oyunçuların favoriti olması gözlənilən cihaz, ən yüksək səviyyə oyun təcrübəsi üçün yüksək performans və soyutma qabiliyyətləri sayəsində ən aktual oyunları maksimum çıxışla oynamağı vəd edir. Xiaomi Black Shark 2 Qualcommun Snapdragon 855 prosessor ilə birlikdə gəlir. Qrafik məsələsində Adreno 640 GPU istifadə olunan cihaz, prosessor temperaturunu 14 dərəcənin altında saxlamaq üçün birbaşa əlaqəli çox təbəqəli maye soyutma sistemindən istifadə olunub.

Xiaomi Black Shark 2 xüsusiyyətlər: Qualcomm Snapdragon 855 prosessor, Adreno 640 GPU 6 GB, 8 GB, 12 GB RAM / 128 GB, 256 GB yaddaş 6,39 düym Full HD+ AMOLED ekran 12 MP, f/1,7 + 12 MP, f/2,2 dual arxa kamera, 20 MP, f/2,0 ön kamera Quickcharge 4.0 dəstəkli 4000 mah batareya Kölgə, qara, solğun gümüşü rəng seçimi Xiaomi Black Shark 2 dörd fərqli yaddaş variantı ilə istehlakçılara təqdim olunur. Bu səbəbdən qiymət fərqləri yaranır ki, Xiaomi Black Shark 2-nin etiket qiymətlərini sizə təqdim edirik: 6 GB RAM 128 GB yaddaş - 476 dollar 8 GB RAM 128 GB yaddaş - 521 dollar 8 GB RAM 256 GB yaddaş - 565 dollar 12 GB RAM 256 GB yaddaş - 625 dollar.

                                                                                                                                                                                                                              Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Star Wars filminin Chewbaccası 74 yaşında vəfat etdi

Chip.az xəbər verir ki, “Star Wars” filmində canlandırdığı obrazı ilə həm görünüşünə həm də aktyorluq qabiliyyətinə qibtə edilən Peter May

Hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı

Dalaman hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı.

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklər

TechCentrum platforması Data science və Data engineering mövzusunda təlim keçirdi

Chip.az bildirir ki, TechCentrum platformasının ilk fəaliyyəti bu gün - 26 yanvar tarixində gündəmdə olan Data science və Data en

Microsoft Windows 7əməliyyat sisteminin dəstəklənməsini dayandırır

Chip.az xəbər verir ki, buna səbəb isə “Microsoft”un 2009-cu ilin 22 oktyabr tarixində “Windows 7” işə salınarkən şirkətin üzərinə götürd