Dünyanın ilk uzaqdan həyata keçirilən beyin əməliyyatı Huawei-nin 5G texnologiyası ilə reallaşdı

  • 19 Mart 2019
  • 75

5G texnologiyasının istifadə ediləcəyi çox sayda sahə olduğu bildirilməsinə baxmayaraq, praktikada tətbiq etmələrinin sayı hələ olduqca azdır. Çində həyata keçirilən uğurlu bir əməliyyat isə bu texnologiyanın gələcəyi ilə bağlı xəyalların gerçəkləşəcəyinə bir işarədir. Çin Cənub-şərq Araşdırma İnstitutunda keçirilən və siqnalların real zamanla göndərildiyi 5G texnologiyalı 50 kilometr uzaqlıqdakı əməliyyat Mengchao Hepatobil xəstəxanasındakı bir xəstə üzərində uğurla həyata keçirilib. Əməliyyat təxminən 60 dəqiqə davam edərkən əlaqə surətində gecikmə olduqca aşağı olub. 5G texnologiyasının sınağı o dərəcə də uğurlu oldu ki, heç qanaxma baş vermədi. Əməliyyatda Huawei-nin 5G texnologiyasından istifadə edildi. Həm robotun idarəsi, həm də video əlaqə eyni texnologiyadan istifadə edilərək həyata keçdi. Belə ki əlaqənin fiber optik keyfiyyətdə olması qeydə alındı. 5G texnologiya təkmilləşdikcə tibbi üsullar, uzaqdan əməliyyat, kənardan müdaxilə və uzaqdan diaqnoz qoyma şansı getdikcə artacaq və xəstə insanların həyatlarını xeyli asanlaşdıracaq.

                                                                                                                                                                                                                               Sevinc Babazadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Nazirlik gücü 900 vattdan artıq olan tozsoranları almağı məsləhət görmür

Chip.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliy

Elon Musk Amazon-un hazırladığı yeni cihazına ciddi yanaşmır

Chip.az xəbər verir ki,bir müddət əvvəl  Musk “Amazon” təmsilçisinin  internet əlaqələri üçün kosmosa 3 min peyk göndərmək istəyi ilə bağlı  “Twitte

Yeni Galaxy S10 seriyasında İnstagram modu yer alacaq

Chip.az bildirir ki, Galaxy S10 üçün Samsung İnstagram ilə ortaq bir iş icra edərək istifadəçilərinə kamera tətbiq

1 milyondan çox insanın gedəcəyi 51-ci bölgə basqını canlı yayımlanacaq

51-ci bölgəni istila etmək üçün toplanan şəxslərin sayı 1 milyon 200 min nəfəri keçib. 1 milyon nəfər də bu tədbirə qatılmağı düşünür. Hazırda bu hadisələrin zar

Samsung xəstəlikləri müəyyən edən köynəklər istehsal edəcək

Chip.az bildirir ki, pnevmoniya, bronxit və xroniki ağciyər xəstəlikləri də daxil olmaqla bir çox xəstəliklərə diaqnoz məhz bu köynəklər vasitəsi ilə qoyula bil