Oppo Reno-nun 10x kamera ilə çəkilən şəkillər yayımlandı

  • 16 Mart 2019

Chip.az bildirir ki, Venkatesh Babu.G adlı Twitter istifadəçisi Oppo-nın yeni ağıllı telefonu olacaq Reno ilə çəkildiyini iddea etdiyi fotoşəkilləri paylaşdı. Paylaşılan fotoşəkillər Oppo Reno-nun 48 meqapiksellik əsas kamera və 10x hibrid zoom funksiyasına malik olduğunu göstərir ki, bu da sizin peşəkar kameranın çəkə biləcəyi keyfiyyətdə fotolar çəkməyinizə imkan verəcəyini göstərir.

Şəkillərdən də gördüyünüz kimi, Oppo Reno yalnız görüntüləri yaxınlaşdırmaqla qalmayıb, həm də möhtəşəm detallı incələmə imkanı yaradır.

Bir çox smartfon istehsalçısı müxtəlif proqram təminatı ilə zoom texnologiyalarını istifadəçilərə təklif edir. Lakin, şəkilləri böyütdükcə və zoom etdikcə keyfiyyət də aşağı düşür. Belə ki, bu fotoların gərçəkliyinə inansaq Oppo-nın keyfiyyətin aşağı düşmə problemini yeni smartfonda həll edə bildiyini söyləyə bilərik.

 

Yayımlanan məlumatlara görə, Oppo Reno 48 meqapikselli əsas kamerya, 20 meqapikselli avtomatik fokus sensora və 10x optik zoom imkanı yaradan bir ToF sensora sahib olacaq. Bundan əlavə smartfonun ön tərəfidə 16 megapikselli selfie kamera olacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır