“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı

  • 15 Mart 2019
  • 150

11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib.

Müsabiqə iştirakçıları informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər (IDS üçün skript, modul və ya proqram həlli) təqdim ediblər.

30 saat ərzində müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edib.

İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.

Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat”  kriteriləri əsasında qiymətləndirib.

Beləliklə, I yerə “CTR_BHOS”, II yerə “Hack You”, III yerə “Malware” komandaları layiq görülüb.  I, II və III yerin sahiblərinə müvafiq olaraq  4000 (4 min), 2000 (2 min) və  1000 (min) AZN məbləğində pul mükafatı təqdim olunub.

Bütün iştirakçılara isə müsabiqədə iştiraka görə sertifikatlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” bu gün öz işini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Chip.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

<

Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar

Chip.az xəbər verir ki, alimlər tərəfindən hazırlanan “uçan balina” adlı bir mini robot bədənimizə daxil olur və dərmanları doğru yerlərə aparır. X

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib

İclasda gündəliyə daxil olan məsələ üzrə – “Bakcell” MMC-nin CEO_26008 nömrəli müraciətinə baxılıb.

“Bakcell” və “Aztelekom” MMC-dən dəvət olunan nümay

Dünyanın ən böyük smart ev telefonu Poptel V9 satışa buraxıldı

Chip.az bildirir ki, Android əməliyyat sistemi ilə gələn Poptel V9 8 düymlük ekranla gördüyünüz ən böyük Android telefon ola bilər. Lakin

Dronlar, hava limanlarının fəaliyyətində çətinliklər yaradır

Chip.az bildirir ki, Müdafiə Nazirliyi, ölkənin hər yerində drone hücumlarına müdaxilə edəcək lazımi avadanlıq və təcrübəyə malik dəstələr yaratmaq qərarı