Chip.az bildirir ki, ABŞ-ın SUV avtomobil istehsalçısı Tesla şirkətin ən son modeli Model Y-ni təqdim etdi. Model 3-dən daha geniş bir avtomobil olan Model Y, Model X-ə nisbətdə daha az həssasdır. Tesla tərəfindən açıqlanan məlumata görə, model Y-nin sürücülərin istifadəsinə verilmə tarixinin 2020-ci ilin payızına təsədüf edəcək.

Tesla Model Y tək bir şarj ilə 300 mil (480 km) gedəcək və 47 min dollar qiyməti olacaq. Həmçinin avtomobilin "Performance" adlı təkmilləşdirilmiş bir versiyası da satışa buraxılacaq və bu versiyanın qiyməti 60 min dollardan başlayacaq. Performans versiyası yalnız 0-dan 100 km/saat sürətə çatması sadəcə 3,5 saniyə vaxt çəkəcək.

Tesla-nın həmtəsisçisi Elon Musk, Model Y ilə bağlı verdiyi açıqlamada "Model Y bir SUV funksiyasına sahib bir idman avtomobil olacaq." -deyə bildirib. Tesla Model Y eyni zamanda başqa bir versiyaya da malik olacaq ki, onunda qiyməti 51 min dollardan başlayacaq. Bundan əlavə, 2021-ci ildə 370 kilometrlik bir standart modeli də mövcud olacaq və bu modelin qiyməti 39 min dollar olacaq.
Model Y-nin təhlükəsizlik testlərindən 5 ulduz almasını gözlədiyini ifadə edərək, Elon Musk, avtomobilin ən təhlükəsiz mid-segment SUV model olduğunu bildirir. Baxmayaraq ki, avtomobil Model 3-ə daha çox oxşasa da Model Y daha çox xüsusiyyət və rahatlığı sahibdir.
Model Y 1,86 metr kub bir baqaj həcminə malikdir. Bundan əlavə, 2021-dən sonra, 7 nəfər şəxsin avtomobildə səyahət etməsi üçün avtomobilə əlavə 1 oturacaq sırası da əlavə ediləcəyi bildirilib.
Sevinc Baba-zadə