Xiaomi süni zaka patentləri ilə Huawei və Qualcomm-u geridə qoydu: 85-dən 11-ci sıraya qalxdı

  • 14 Mart 2019
  • 57

Ağıllı telefon istehsalçılarının mütəmadi və davamlı olaraq inkişaf etməli olduğu bir reallıqdır. Xiaomi, bu istiqamətdə əmin addımlar ataraq, smartfon və digər smart cihazlarda effektiv inkişafa nail olmaq üçün yeniliklərini davam etdirir.

Chip.az bildirir ki, Xiaomi CEO-u Lei Jun Son 12 ay içərisində süni zəka sahəsində 684 patent müraciəti etdiklərini, süni zəka patent müraciətlərində Xiaomi-nin dünyada 11. sırada olduğunu və Xiaomi süni zəka departamentini bu münasibətlə təbrik etdiyini açıqladı.

Dünyanın ən böyük iqtisadiyyat qəzetlərindən The Nikkei-dən gələn rəsmi məlumatlara görə, Xiaomi Çindəki daxili müəssisə sıralamasında Baidu-nun yanında 2. sırada yer alır. Belə ki, Xiaomi önümüzdəki 5 il içində mükəmməl İOT (əşyaların süni zəkası) məhsulları yaratmaq üçün 10 milyard yuan (təxminən 1,5 milyard dollar) investisiya yatırmağı planlaşdırır. Qeyd edək ki, Çinin ağıllı telefon istehsalçısı, 2018-ci ildə süni zəka inkişafını artırmaq üçün 4 milyard yuan (təxminən 600 milyon dollar) sərmayə qoymuşdu. Bundan əlavə IBM, Microsoft və Google süni intellekt inkişafı üçün patent müraciətləri ilə bu sahədə liderlik edirlər.

2018-ci ilin 3-cü rübündə Xiaomi, 132 milyon İOT məhsulu idxal etdiyini bildirmişdi. Bununla yanaşı, bu məhsulların təxminən 100 milyonu Xiao AI süni intellekt asistanı istifadə edirdi. Xiaomi, süni zəka bazarındakı atdığı bu addımlarla gələcək bir neçə ildə daha çox nəaliyyət əldə edəcək.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

NASA Ayda su istehsal etməyin formulunu tapddığını iddia edir

Chip.az bildirir ki, NASA artıq Ayda su istehsal edə biləcəyi haqqında məlumat yayımladı.

Qeyd edək ki, bu gün maraq xətrinə başladılan və

Apple Watch bir insanın həyatını xilas etdi

Apple Watch ürəyində problem olan Paul Huttonu xəbərdarlıq edərək həyatını xilas etdi.

Aşağı ürək döyüntüsü  xəbərdarlığını verən App

Tim Cook Notr Dam kilsəsinin bərpası üçün maddi dəstək göstərəcək

Chip.az  xəbər verir ki, aprelin 15-də dünya şöhrətli Notr Dam kilsəsindəki yanğın bir anda hər kəsin gözlərini Fransaya çevirdi. Saatlarla davam edən yanğın

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu bu tarixdən başlayacaq

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə 

BİM, saxta Apple məhsulları iddialarına cavab verdi!

Araşdırma aparan vəkillərə görə, satılan məhsullar orijinal Apple məhsulları deyil, yan sənaye dediyimiz saxta məhsullardır. Bax, BİM öz veb saytı üzərindən keçirdiyi mətbua