Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
İnstagram, Facebook, WhatsApp platformaları ciddi problemlə qarşı-qarşıyadır
- 14 Mart 2019
Bu səbəbdən adı çəkilən sosial media istifadəçiləri öz reaksiyalarını Twitter vasitəsilə yayımlamağa və yaranmış bu vəziyyəti aydınlaşdırmağa çalışıblar.
İnstagram və Facebook ölkəmizdə ən çox istifadə olunan sosial media platformalarındandır. Belə ki, dünəndən etibarən bir çox istifadəçi İnstagram hesablarına daxil ola bilmədiklərini, ana səhifədə yeniləmə etmək mümkün olmadığını və rəy yaza bilmədikərini bildiriblər.
Qeyd edək ki, platformada saxta hesabların artması səbəbindən zamanla bəzi heablar bağlanır və ya bağlanacağı ilə bağlı bildirişlər alırdılar. Bu da öz hesabını bloklanmadan qurtarmaq istəyən istifadəçilərin like və şərh istəkli paylaşımlarının çoxalmasına səbəb oldu.
Chip.az bildirir ki, Azərbaycanda daxil olmaqla Türkiyə, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Pakistan, Hollandiya, ABŞ, Livan, Sinqapur, Misir, Braziliya, Almaniya, Bəhreyn, Gürcüstan və daha bir çox ölkədə İnstagram-da heç bir əməliyyat etmək mümkün olamdığı bu vəziyyətdə Facebook-da yalnız paylaşımların edilə bilmədiyi müşayiət olunub. Belə ki, bu hal əvvəllərdə yaşanıb. Platforma hətta istifadəçilərin şəxsiyyətini təsdiqləmək üçün şəxsiyyət vəsiqəsi ilə hesab bilgilərini təsdiqləməyi tələb etmişdi.
Gəlin bu vəziyyətlə bağlı adı çəkilən platfoprmaların Twitter-də hadisə ilə bağlı verdikləri şərhləri gözdən keçirək.
Facebook şirkətin rəsmi Twitter hesabında yayımladığı şərhdə, bu mövzunun DDoS hücumundan qaynaqlanmadığını bildirib:
"Bəzi istifadəçilər Facebook tətbiqlərinə çatmaqda çətinlik çəkdiyini bilirik. Biz məsələni mümkün qədər tez həll etmək üçün çalışırıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır