Yeni Windows 10 ilə Android sistemli telefonlar kompüterdən idarə oluna biləcək

  • 13 Mart 2019

Chip.az bildirirr ki, Microsoft-un Windows Phone ilə işi qurtarandan bəri, texnologiya nəhəngi digər iki böyük ağıllı telefon əməliyyat sistemi ilə inteqrasiya planlaşdırırdı ki, xüsusən Android sistemli telefonlar daha çox diqqət mərkəzində idi.

Qeyd edək ki, ötən ilin may ayında Your Phone adlı bir tətbiqlə kompüterlərə məktub və fotoşəkilləri sürətli köçürmə xüsusiyyəti istifadəçilərə təqdim olunmuşdu. Microsoft bu gündən etibarən, Android əməliyyat sistemli telefonların ekranını kompüterə əks etdirməyinizə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır