LG-nin SnowWhite cihazı ilə evdə dondurma hazırlamaq mümkün olacaq

  • 13 Mart 2019

SXSW 2019 film, siyasətçi və sosial media təsisçiləri ilə əlaqəli bir tədbir olsa da burada bir çox cihaz və texnologiya sərgilənir. Bu texnologiyalardan biri də dondurmaya imkan verən cihazdır.

Chip.az bildirir ki, LG–nin SnowWhite cihazı bir növ qəhvə maşınına oxşayır. Aromanı seçərkən və tərkibləri əlavə edərkən müxtəlif soyuq desertlər edə bilərsiniz. SnowWhite gelato, granita, şərbət, qatıq və başqa şirniyyatlar hazırlaya bilir.

LG bu məhsulun bir prototip olduğunu qeyd edib. CES-2019-da evdə pivə hazırlama cihazını təqdim edən LG, bir növ müştərilərinin qəlinə gedən yolu mədəsindən keçdiyi fikri ilə yola çıxıb.

Cihaz LG-nin performansla bağlı iddealrını doğruldarsa, hər hansı bir desertin hazırlanmasına 2 ilə 5 dəqiqə arasında vaxt kifayət edəcək. Hətta cihaz özünü təmizləmək üçün sensor ekrana da sahibdir.

Şirkətin önümüzdəki iki il ərzində məhsulu satışa buraxması gözlənilir. Cihaz smartfonlarla idarə oluna bilərsə, bu cihaza olan marağı daha da artıracaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır