“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

  • 12 Mart 2019
  • 48

Tədbirdə dövlət və biznes strukturlarının, təşkilatların, eləcə də, fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat verilib.

Həmçinin, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı qonaqlara kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həlləri də nümayiş etdirilib.

Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Təqdim edilən məhsullardan biri də buludda tez və asan – Rezervlənmə xidmətidir. Belə ki, məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi”nin  əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı və milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsidir. Bunlarla yanaşı, bu sahədə aparılan islahatlar dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində bilik və təcrübə mübadiləsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Atasının telefonunu oğurladığını iddia edən qız polisə müraciət edib

Saatlarla əllərindən düşməyən telefon, bezmədən oynadıqları kompüter oyunları valideynlərin bu cihazlara qadağalar qoyması ilə nəticələnir. Lakin bu qadağalar daha böyük g

ABŞ hərbi dronlar üçün 39 milyon dollar büdcə ayırıb

Chip.az bildirir ki, müasir müharibələr müasir avadanlıqlardan istifadəni tələb edir. Bu səbədən ABŞ müasir hərbi donanma texnologiyası ilə ayaqlaşmaq məqsədi

"Gələcək həmkarım" layihəsinin ilk addımı atıldı!

“Chip”-in bu layihəni həyata keçirməkdə məqsədi ölkəmizin ucqar kənd məktəblərindəki informatika və texnologiya siniflərini texnoloji ləvazimatlarla az da ol

Facebook istifadəçi məlumatlarını yenidən toplayır

Sosial media nəhənglərindən biri olan Facebook yanvar ayında proqram hazırlayarq gənclərə mobil internet istifadə məlumatlarını əldə etmək üçün pul ödəməyə başlayaca

Sosial mediada yazı səhvlərini düzəldənlər assosial insanlardır

Chip.az xəbər verir ki, araşdırmalara görə ictimai mediada qrammatik səhvləri tez-tez düzəldən insanlar digərləri tərəfindən anlaşılmamaqdan əziy