“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsinə start verildi

  • 12 Mart 2019
  • 35

Bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov  deyib ki, mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin bildirib ki, bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı “Hackathon” müsabiqələrinin keçirilməsinə böyük önəm verir. “Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var. Bu dəfə kibertəhlükəsizlik həllərinə həsr olunan müsabiqə qloballaşan dünya üçün olduqca əhəmiyyətlidir. Texnologiyalar hər birimizin həyatına nüfuz edib, bu, kifayət qədər müsbət tendensiya olsa da, hər birimizi kibertəhdidlərə qarşı ayıq-sayıq olmağa sövq edir. Bu baxımdan, Azərbaycanda belə bir beynəlxalq həftənin keçirilməsini təqdirəlayiq hesab edirik” - deyə K.Oparin  əlavə edib.

24 saat ərzində davam edəcək müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edir.

İştirakçılar  kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.

Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat”  kriteriləri əsasında qiymətləndirəcək.

I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

“LG V40 ThinQ” smartfonu 5 fotokamera ilə təchiz edilib!


Chip.az “Vesti” resursuna istinadən yazır ki, arxa paneldə barmaq izi sk

Samsungun platformasına yeni qurğular əlavə edildi

Bu günümüzdə mobil tətbiqlər vasitəsilə idarə oluna bilən yüngül ampüller, qızdırıcılar, kondisionerlər, televizorlar və s. kimi elektron cihazlar üçün Samsungun Smart

LG V40 Thinq beş kamerası ilə birlikdə tanıdıldı

LG, yeni bir ağıllı telefon çıkaracağının təsdiqləməsini daha öncə demişdi. O telefon nəhayət təqdim edildi. LG V40 Thinq qarşımıza çıxdı.

Bu yeni Android tele

Huawei Mate 30 Pro-nun ekran dizaynı yayımlandı

Bir müddətdir ki,  gündəmə gələn Huawei Mate 30 Pro bu dəfə də ekran paneli ilə ortaya çıxdı. Yayımlanan şəklə görə Mate 30 Pro olduqca böyük bir girinti ilə gəlir.

Huawei Mate 20 Pro ağıllı kamera və maraqlı bir çərçivəylə gələ bilər!

Ancaq kamera təminatı baxımından Mate 20 seriyasının P20 seriyasının qarşısında olması mümkün görünür. Sualtı rejimi, süni zəka dəstəkli yaxınlaşdırma (AI Zoom) kimi xüs