Dünyanın ilk cins təmsil etməyən süni intelekt səs assistenti - Q

  • 12 Mart 2019

Bildiyiniz kimi Apple, Google, Amazon kimi bir çox şirkət istifadəçilərə süni intellekt dəstəyi ilə virtual köməkçi xidməti təqdim edir. Texnologiyanın istifadəsini asanlaşdıran bu köməkçilərin ən ümumi xüsusiyyəti, demək olar ki, hamısının qadın tərəfindən səsləndirilməsidir. Başqa sözlə, bütün virtual köməkçilər cinsi olmayan texnologiyaya zorla cinsiyyət fərqi yaradırlar.

Chip.az bildriri ki, EqualAI Virtue-ə əsaslanan tədqiqatçılar dünyanın ilk immatur virtual köməkçi səsini yaratmağa müvəffəq oldular. Böyük bir araşdırmanın nəticəsi olaraq, Q adlı səs - insanların hər hansı cinsiyyət fərqi hiss edə bilməyəcəkləri bir tezlik yaratdılır. Beləliklə, səsli istifadə edilən virtual köməkçi kişi və ya qadın kimi qəbul edilmir.

Tədqiqatçılar "neytral " səs yaratmaq üçün əvvəlcə bu səsə ən yaxın səs sahiblərinin səslərini yazdılar. Daha sonra Avropa daxilində 4,600 nəfər arasında bir araşdırma aparıldı və iştirakçılar dinlədikləri səsi 1 və 5 rəqəmləri ilə qiymətləndirmələri istənib. 1 kişi səsini təmsil edərkən, 5 qadın səsini təmsil edirdi. Nəticədə yüksək səs tonları qadın səsləri , aşağı tezlikli tonlar isə kişi səsləri kimi qeydə alınıb.

Belə ki, Q səsi, virtual assistentlərin cinsiyyətsiz olması istiqamətində atılmış ən əhəmiyyətli addımdır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır