Redmi 7 rəsmi olaraq 18 mart tarixində təqdim olunacaq

  • 12 Mart 2019

Chip.az bildirir ki, şirkət Redmi 7 modelini də Note seriyası ilə birlikdə Hindistanda da təqdim edəcəyini təsdiqlədi.

Redmi rəhbəri və Xiaomi Qrup Baş Vəkili Lu Weibing bu günün 18 martdakı açılış tarixi üçün cihazların ilk görünüşünün əks olunduğu bir poster nəşr etdi.

Göründüyü kimi Redmi 7 şaquli ikili arxa kameraya malik olacaq. Cihaz incə bir çərçivə və barmaq izi sensoru ilə təchiz olunub.

Redmi 7, Redmi Note 7-ə bənzəməsinə baxmayaraq, yayımlanan məlumatlara əsasən 1520 × 720 pixsel və 19:9 nisbətində 6,26 düymlük ekranla təqdim olunacaq. 4 GB RAM, 64 GB saxlama və 1,8 GHz 8-core prosessor ilə birlikdə gəlir. Ayrıca 8 milyon piksel ön kamera, 12 megapiksel + 8 megapiksel cüt arxa kamera və 4000 mAh batareya ilə təchiz olunacaq.

Çinin sertifikat qrumu TENAA-da siyahıya alınan telefon 158,65 × 76,43 × 8,47 mm ölçülərində və 180 qram ağırlığındadır ki, şirkət CEO-su daha əvvəl cihazın 3,5mm qulaqlıq girişiylə gələcəyini bildirmişdi.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır