Maserati Alfieri 2020-ci il Cenevrə Avtomobil Sərgisində təqdim olunacaq

  • 11 Mart 2019

Chip.az bildirir ki, beş il əvvəl - 2014-cü ildə konsept olaraq təqdim olunan və 2018-ci ildə istehsala keçmə qərarı alan Maserati Alfieri, 2020-ci ildə ilk dəfə ortaya çıxacaq. Beləliklədə avtomobil 2021 və ya 2022-ci illərdə satışa çıxarılacaq.

Qeyd edək ki, Maserati azarkeşləri uzun müddət şirkətin bağlı olduğu FCA şirkətindən yenilik gözləyirdilər.  Belə ki, şirkətin rəhbəri Harald Wester, GranTurismo-yu əvəz edəcəyini və gələn il İsveçrədə olacağını açıqladı.

İkili idman maşını olacaq Alfieri, üç fərqli elektrik sistemindən birini seçəcək. Bu variantlardan biri tam elektrik - 800V batareya variantıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər