Sözügedən istifadəçilər danışıq tarixçələrinə və hesablarına yenidən daxil olmaq istəyirlərsə, tətbiqin rəsmi və mövcud versiyasını yükləməlidirlər.
Chip.az bildirir ki, bu hərəkətin səbəbi smartfonların mağaza bölmələrində oxşar tətbiqlərin sayının artmasıdır. Bu qeyri-rəsmi tətbiqlərin rəsmi platformaya rəğmən seçilməsinin səbəbi isə istifadəçiyə fərqli özəlliklər təqdim etməsidir. Hazırda bu tip özəlliklər WhatsApp-ın rəsmi hesabında yer almasa da zamanla yeniləmələr edərək platformanın istifadəsini asanlaşdır.
Qeyd edək ki, fərqli özəlliklərə sahib tətbiqlər hazırda müxtəlif faydalı və parlaq xüsusiyyətlərə malik olmasına baxmayaraq, bu cür proqramlar həm gizlilik, həm də təhlükəsizlik baxımından heç də əlverişli deyil. Belə tətbiqlərin istifadəçiləri vəziyyətdən xəbərsiz şəkildə bütün bilgilərini proqram sahibinin insafına vermiş vəziyyətdədir. Kiber hücumlar üçün bu cür məlumatlardan istifadə edilə bilər.
Beləki, WhatsApp bu vəziyyətin qarşısını almaq üçün tətbiqlərdən istifadəçiləri çıxarır, onlara xəbərdarlıq mesajı göndərir. İstifadəçi müvəqqəti olaraq qadağan olduğu mesajı gördükdən sonra rəsmi tətbiqi endirmək və orada hesab açmaq məcburiyyətindədir.
Sevinc Baba-zadə