Honor Magic 2 3D xüsusiyyətləri baxımından Magic 2-dən çox fərqlənmir. İki versiya arasında ən böyük fərq Magic 2 3D önündəki kamera qurğusunda yer alan 2 MP senslarından birinin 3D texnologiyası ilə təchiz edilməsidir.

Bundan əlavə, Magic 2 3D bir prosessor kimi Kirin 980 ilə təchiz olunub və prosessorun daha yaxşı soyudulması üçün grafen soyutma səthlərini istifadə edilib. İki smartfonun digər bir fərqi RAM ilə müqayisə edilir. 8 GB RAM və 512 GB saxlama variantıyla Magic 2 3D yeni özəllikləri ilə təqdim edildi.
Chip.az Honor Magic 2 3D-nin texniki xüsusiyyətlərini sizə təqdim edir.
Ekran: 6,39 düym (2340 x 1080 piksel) Full HD + AMOLED 19.5: 9
Prosessor: Huawei Kirin 980
GPU: Mali-G76 MP10
RAM: 6 GB və ya 8 GB LPDDR4xSaxlama: 128GB, 256GB və ya 512GB
Əməliyyat sistemi: Android 9.0 Pie
Kamera: 16, 24 və 16 MP arxa, 16 MP ön və 2 + 2 MP ikili üz tanıma sensoru
Batareya: 3,500 mAh
Digər: Dual 4G VoLTE, Wi-Fi 802.11 ac (2.4 GHz və 5 GHz), Bluetooth 5 LE, GPS, NFC və USB Tip C
Huawei smartfonunun təqdimat tarixi və qiymətinə dair heç bir məlumat verilməməsinə baxmayaraq şirkətin yaxın zamanlarda Magic 2 3D-ni təqdim etməsi gözlənir.
Sevinc Baba-zadə