Samsung Galaxy Note 9-un yalnız 1 modelinə Android Pie ilə One UI yenilənməsi gəldi

  • 09 Mart 2019

Yenilənmə hazırda tək bir model nömrəyə sahib cihazlara göndərilir.

Chip.az bildirir ki, 2018-ci ildə satışa buraxılan Samsung Galaxy Note 9 braziliyalı bir istifadəçinin sözlərinə görə, Android Pie ilə One UI adlı yenilənmə alıb. Lakin, bu yeniləmə bütün Note 9-lara deyil, SM-N9600 model nömrəsinə sahib modellərə yüklənib.

Qeyd edək ki, SM-N9600 Galaxy Note 9-un Çin, Braziliya və Latın Amerikası üçün istehsal edilmiş Dual SIM Snapdragon 845-li cihazlara verilən model nömrəsi olaraq bilinir. Braziliyalı istifadəçinin iddiasına görə yenilənmə 7 mart tarixində həyata keçib.

SM-N9600-ə gələn bu yeniləmə Android Pie istisna olmaqla Google-nin təhlükəsizlik yeniləmələrini də ehtiva edir. Bundan əlavə, One UI və Android Pie yeniləməsinin ən vacib elementlərindən biri Bixby və Samsung DeX tətbiqləri də bu yenilənmədə yer alıb.Yeniləmənin detalları ilə bağlı bütün məlumatları buradan əldə edə bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır