Elan Musk Tesla-dakı CEO vəzifəsindən də kənarlaşdırıla bilər

  • 09 Mart 2019

Bütün bunlara baxmayaraq ABŞ rəsmi qurumlarını narahat edən Elon Musk Tesla şirkətinin baş icraçı direktoru vəzifəsindən uzaqlaşdırıla bilər.

Xatırladaq ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ilə Tesla-nın qurucu CEO-su Elon Musk arasında ciddi anlaşılmazlıqlar var. Bu səbəbdən Musk ötən ilki qarışıqlıqdan sonra Tesla-nın sədrliyindən çıxarıldı və yalnız CEO kimi vəzifəsini icra etməyə davam etdi. 2018-ci ilin sentyabr ayında idarə heyətindən çıxarılan Musk eyni dövrdə 20 milyon dollar cərimə ödəməli oldu. Beləki, o Twitter hesabında Tesla-nı özəl şirkətə çevirməyi planlaşdırırdığını bildirmişdi. Bundan sonra şirkətin bazardakı səhm qiymətləri kəskin qalxmışdı. Bunu görən SEC isə şirkətin səhm qiymətlərinin süni şəkildə qaldırması səbəbindən Musk-ı günahlandıraraq onu məhkəməyə vermişdi.

Chip.az bildirir ki, ötən həftə satışa buraxılan Model 3–ün yenidən Tesla səhmlərini qaldırması gözlənir. Bu səbəbdən Musk-ın Model 3 ilə bağlı istehsal izahı böyük əhəmiyyət daşıyır. Lakin, Twitter hesabında istehsal proqnozları ilə bağlı açıqlama verən Musk, SEC ilə sentyabr ayındakı razılığı pozmuş oldu. Çünki, gözlənilən istehsal məbləğinin ictimaiyyətə açıqlanması şirkətə edilən investisiyaların miqdarını birbaşa təsir etdi.

SEC-in keçmiş vəkilləri və CNBC-nin iqtisadi müşaviri Elliot Lutzker bu inkişafın Musk-ı ciddi təhdid etdiyini iddia edir. Lutzker-ə görə Musk istənilən an cərimə edilə bilər və Tesla CEO vəzifəsinin icarsı dayandırıla bilər.

Elon Musk Tesla-dakı vəzifəsində qalmaq istəyirsə, lazımi açıqlama üçün 11 mart tarixinə qədər vaxtı var. Əks təqdirdə, Elon Musk vəzifəsindən kənarlaşdırılacaq.

Sevinc Baba-zadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır