Tesla 5 dəqiqədə 120 km-lik məsafə imkanı yaradan 3. nəsil Super Şarj Stansiyasını istifadəyə verdi

  • 07 Mart 2019
  • 99

Elektrik enerjisi ilə işləyən avtomobillər böyüdükcə yeni və daha sürətli şarj texnologiyasına olan tələbat da artır.

Tesla-nın V3 adlı yeni şarj stansiyaları şirkətin Kaliforniya, Fremontdakı qərargahı tərəfindən hazırlandı. 250 kW-a bərabər olan bu stansiyalar, şirkətin iddiasına görə 5 dəqiqə ərzində 120 kilometrlik məsafəyə kifayət edəcək qədər şarj yığmağa imkan yaradır.

Chip.az bildirir ki, ilk stansiya Fremontda açıldı. Daha çox stansiya aprel ayında xidmətə veriləcək və V3 supercharger daha çox nəqliyyat vasitəsi üçün istifadə oluna biləcək. Yeni stansiyaların Avropa və Asiya bazarlarına gəlməsi ilin dördüncü rübündə mümkün olacaq.

Şirkətin əvvəlki şarj stansiyaları 150 kVt həcmində idi, lakin 120 kVt ilə məhdudlaşdırılmışdı. V2W-ləri yeniləcəyəcəyinini bildirən Tesla bu stansiyaların gücünü 145 kVt-a çatdıracaq. 

Həmçinin Tesla avtomobillər stansiyalara yaxınlaşdıqda batareyaları ideal bir şarj temperaturuna gətirmək üçün bir sistem üzərində işləyir. Beləliklə, Tesla şarj sürətini 25% azaldır.  Model 3-lər yeni şarj stansiyalarından tam istifadə edə biləcəklər. Model S və Model X indi 120 kW yükləmə sürəti ilə sabitlənmiş olsa da Model 3-lər isə 205 kW sürətlə enerji yükləyə biləcəklər.

Modelin 3-ü digər modellərə nisbətən fərqli bir batareyaya malikdir.

Tesla həmçinin yeni istilik stansiyaları ilə maye soyutma sisteminə keçəcək. Birdən çox nəqliyyat vasitəsinin enerji ilə doldurulma prosesinin sürətindəki vaxt çoxluğunu aradan qaldıracaqlar.

Qeyd edək ki, şirkət hazırda 1441 stansiyada 12888 sürətli şarj terminalı ilə fəaliyyət göstərir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

“Kepler” aparatı rəsmən fəaliyyətini dayandırıb


 Teleskop gözləmə rejiminə keçdikdən bir neçə həftə sonra ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) nümayəndələri “Kepler” ap

Geni dəyişdirilən həşəratlar kənd təsərrüfatı bitkilərinə köçürüləcək

 Chip.az “Life” resursuna istinadən yazır ki, məlumata görə, alimlər həş

Facebook və Instagramda yeni qadağa

Facebook və Instagram reklam yerləşdirənlərin ən çox üstünlük verdiyi platformalardır. Böyük bir kütləyə sahib olan Facebook və ya Instagrama reklam yerləşdirməklə mily

IoT Lab-ın ali məktəb nümayəndələri üçün açılışı olub

İKT LAB Tətbiq və Tədris Mərkəzində Microsoft Azətbaycan şirkəti ilə əməkdaşlıq nəticəsində yaradılan “İoT Lab” - Əşyaların İnterneti laboratoriyasının ali mə