Goodyear uçan avtomobillər üçün dizayn etdiyi təkərləri təqdim etdi

  • 05 Mart 2019

Godyear maraqlı təkər dizaynları ilə daim diqqət çəkib və sonuncu dizayn uçan avtomobillər üçün nəzərdə tutulub. 

Chip.az bildriir ki, 2019 Cenevrə Avtomobil Sərgisində Goodyear Aero konsepsiyası təqdim edildi. Bu təkərlər yerdə ikən normal, qeyri-pnevmatik təkər kimi çalışır. Uçuş zamanı isə yan tərəfə dönərək və yüksək sürətlə fırlanmağa başlayır. Beləliklə, təkərlər avtomobilə lazım olan güclə təmin edir.

Son zamanlarda avtonom uçan avtomobillərə olan maraqların artdığını nəzərə alaraq, bu konsepsiya təəccüblü deyil. Təkərin dilimlərini təşkil edən metal səthlər uçuşa hazırlanma zamanı yan tərəfə çəkilərkən itici bıçaqları ortaya çıxır.

Təkərin xarici örtüyü sərt plastikdən hazırlanmışdır. Bu cildin daha davamlı olmasına imkan verir. Bir pnevmatik şin yüksək fırlanma sürətində parçalanır və tarazlıq pozulur. Bu səbəbdən standart bir şin dizaynından istifadə olunmayıb.

Goodyear Aero-nun avtomobili maqnitik zərbələrdə istifadə etdiyi və süni intellekt ilə idarə etdiyi bir gələcək planlaşdırır. Goodyear Aero konsepsiyasının gələcək mümkün uçan avtomobil dizaynları üçün əhəmiyyətli bir başlanğıc nöqtəsi olması gözlənilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır