Qeyd edək ki, Pininfarina 2015-ci ildə Mahindra tərəfindən satın alındı. O gündən sonra şirkət öz avtomobilini dizayn edəcəyi söyləntilər kulislərdə yayılmağa başladı.
O vaxtdan bəri avtomobilin təxminən 2 milyon dollar olduğunu bilirdik və elektrik enerjisi ilə işləyəcək avtomobil olacaqdı.
Chip.az bildirir ki, Cenevrə avtomobil şousunda bu avtomobil ilk dəfə təqdim olundu. Öncədən bu haqda xəbər vermişdik.
Pininfarina Battista çox gözəl bir dizayna sahib, 1900 at gücü və 1969 lb-ft torka sahib dörd elektrikli motoru olan 120 kWh bataryası sayesində 480 kilometr yol alan bir avtomobidir. Sürətli şarj xüsusiyyəti sayəsində batareyanın yüzdə 80-ni 40 dəqiqə ərzində doldurma xüsusiyyətinə malikdir. Avtomobilin 0 saniyədən 100 çıxma sürəti 2 saniyədən azdır və 12 saniyədə 300 km / saat sürət yığa bilir.
Avtomobilin əslində istehsal prosesinə girəcəyi təqdirdə yalnız 150 ədəd istehsal ediləcək. Dr. Tutzer, avtomobilin çəkisini nəzarət altına alan və motorların düzgün çalışmasını təmin edən addır.
Avtomobilin salon dizaynı sürücü nəzərə alınmaqla hazırlanmışdır. Üç panel də sürücüyə baxır. İki rəngli döşəmə mavi cizgilərə sahibdir.
Sevinc Baba-zadə