Volkswagen Geneva Auto Show-da yeni avtomobilini təqdim etdi

  • 05 Mart 2019

Chip.az bildirir ki, 2019 Cenevrə Avtomobil Şousunda (Geneva Auto Show) ID Buggy adlı yeni avtomobilini təqdim etdi. Buggy-nin hazırki, texnologiyasını daha sonra inkişaf etdirmək də mümkündür. Avtomobilin hissələri Lego kimi quraşdırıla və çıxarıla bilər.

Bu iki oturacaqlı elektrikli avtomobildə orijinal versiyasının detayları qorunur. Avtomobilin üstü və qapısı yoxdur. Əvəzində avtomobilin örtülməsini, günəşdən və ya yağışdan qorunmasına imkan yaradan bir örtüyə sahibdir. 18 düymlük yüngül lehimli təkərlər sayəsində avtomobil qumdan hərəkət edə bilir. Alüminium slaydlar, daş kimi cisimlərə vurma zamanı batareyaların zərər görməyəcəyi çəkildə dizayn edilib.

ID Buggy salon dizaynında ultra minmalistliklə yanaşı ənənəvi dizaynına sadiqdir və ən son texnologiyalardan istifadə edilərək hazırlanıb. Toxunuşa qarşı həssas rəqəmsal ekranlar və düymələr avtomobilin təchizatı arasında yer alır. Suya davamlı materiallardan istifadə sulu yerdən çıxar-çıxmaz istifadə hazırdır.

Volkswagen konsept materialdan hazırlanan avtomobil MEB platformaya malikdir. Elektrik mühərriki arxa tərəfdə yerləşdirilib. 62 kWh lityum ion batareya sərnişin bölməsinin altındadır. 201 at gücünə malik avtomobil təxminən 250 kilometr mənzilə sahibdir. Sıfırdan 100-ə qədər olan vaxt 7.2 saniyedir.

Volkswagen baş dizayneri Klaus Bischoff bildirir ki,”Buggy bir avtomobildən daha artıqdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər