Təsadüfi yazılmış bir şifrə nə qədər təhlükəsizlik təmin edir: ji32k7au4a83

  • 05 Mart 2019
  • 64

Çox adam təsadüfi yazılan şifrələrin daha təhlükəsiz olduğunu düşünür. Məsələn, "ji32k7au4a83" təsadüfi yazılmış bir şifrədir.

Bəs oxumadan gözdən ötürdüyünüz bu şifrəni ən çox üstünlük verilən və ən çox "hacked" edilən şifrələrdən biri olduğunu desək nə düşünərsiniz? Çox adam belə qarışıq şifrədən istifadə edə bilməz, hamıda bu fərqlidir deyə fikirləşə bilərsiniz, ancaq bu belə deyil.

Chip.az bildirir ki, təsadüfi parol kimi görünən ji32k7au4a83, Çin dilinin ən çox istifadə olunan dialekti Mandarinin Zhuyin Fuhao sistemindən istifadə oluaraq latın əlifbasına çevrilməsindən yaranıb. (Çində əhali 292 dildə danışır. Çin-Tibet dil ailəsinə aid olan Mandarin dili ölkə əhalisinin 70%-nin danışdığı dildir.)

Belə ki, ji32k7au4a83 mənası nədir? Kiçik həriflərlə yazılmış bu şifrənin açılışı "my password", yəni mənim şifrəm deməkdir. Bir zarafat kimi səslənə bilər, lakin, uzun və mürəkkəb görünən parol həqiqətən mənim şifrəm sözündən başqa bir şey deyil. Buna görə də bir çox insanlar tərəfindən istifadə olunur.

Bu nümunədən görə bildiyimiz kimi, ilk baxışdan təsadüfi simvollardan ibarət olan bir parol başqa bir dil və sistemdə ən sadə parol ola bilər. Zhuyin Fuhao sistemində şifrəyə nəzər salaq. 

ji3 -> 我 -> M

2K7 -> 的 -> Y

au4 -> 密 -> PASS

a83 -> 碼 -> WORD

Belə ki, üzərində saatlar sərf edib və ya rast gələ yazdığımız simvollar başqa sistem və başqa dil vasitəsi ilə adi şifrəyə çevrilə bilər ki, bu da təhlükəsizliyin necə çətin proses olduğunu bir daha sübüt edir. Bütün insanlar eyni deyil, necə ki, bütün şifrələr. Lakin görünür onları eyniləşdirə biləcək sistemlər var ki, bu da hakkerlərin işini asanlaşdırır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Aksessuarlar

NASA və Xeric Apollo 11-in enişinin il dönümünə özəl saat satışa buraxdı

NASA və Xeric-dən Aya enişin 50-ci il dönümünə özəl saat dizayn edilib.

Amazon-da satışda olan kiçik sərinləşdirici yay məhsulları

Amazon kimi nəhəng e-ticarət platformalarında bir çox faydalı, əyləncəli və ya qəribə məhsullar tapa bilərsiniz. Belə ki