Blackview MWC 2019-da təqdim etdiyi 2 smartfon: BV9800 və Max 1 Projector

  • 04 Mart 2019

Blackview, güclü smartfonları ilə tanınan məşhur Çin smartfon istehsalçısıdır.

Chip.az bildirir ki, şirkət Barselonadakı MWC 2019-da BV9800Max 1 Projector adlı iki yeni cihaz təqdim etdi. Bu telefonlar bir sıra üstün xüsusiyyətlərə malikdir ki, hər iki qurğu suya, zərbəyə və toza davamlıdır. 

 

BV9800

Blackview BV9800 dözümlü bir cihaz olsa da dizayn baxımından gözəl görünüşə sahibdir. Üçlü arka kamera cihazın mərkəzində mükəmməl bir şəkildə yerləşdirilib. Cihazın hər iki tərəfindəki düymələr toz və suyun cihaza daxil olmasını qarşısını almaq üçün tamamilə kənarlara kip yerləşdirilib. Arxa kamera modulları ilə birlikdə cihazın alt tərəfində səsucaldan nəfəslikləri yerləşdirilib.

Blackview BV9800 xüsusiyyətləri:

Blackview BV9800 Sony IMX586 48 MP + 12 MP 2 kamera və 16 MP linza ilə üçlü kamera quruluşuna malikdir. Ön selfie və video çəkilişlərin keyfiyyətini artırmaq üçün 16 MP-lik kameradan istifadə olunub. Sürəti 2.1 GHz olan P90 səkkiz əsaslı prosessor ilə dəstəklənir.

 

Blackview BV9800 1080 x 2340 pikselə sahib 6.3 düymlük Full HD + ekrana malikdir. Cihaz 6 GB RAM 128 GB daxili yaddaşla birlikdə 6580 mAh batareya ilə optimal istifadəyə əsasən 1 şarjla bir neçə gün istifadə imkanı yaradır. Telefonun naqilsiz şarj özəlliyi var. Blackview BV9800-in MIL-STD-810G IP69K sertifikatı da mövcuddur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır