Qatlanabilən smartfonların keçdiyi 45 illik inkişaf yolu: (ətraflı)

  • 02 Mart 2019

Artıq şirkətlər arasında rəqbətə gətirən yeni dizayn istehsalçıları texnologiyanı inkişaf etdirməyə və yeni nəsil cihazlar hazırlamağa sövq etdi. Məlum olduğu kimi bir çox şirkət buna nail oldu və 2019-cu il başlayandan ardıcıl olaraq istehsala qatlana bilən telefonlar buraxmağa nail oldu.

Ekran həyatımızda ən əhəmiyyətli texnoloji avadanlıqlar sırasındadır. Bizim telefonlarımız, televizorlar, saatlar, kompüterlər və daha çoxunda ekran önəmli yerə sahibdir. Önəmli olduğu qədər də çox həssasdır. Lakin, qatlana bilən ekran konsepti bu həssaslığı dəyişdirəcək.

Güclü prosessorlar telefonları günümüzdəki notbuklara belə rəqib olacaq özəllik gətirir. Qatlanabilən telefonlarda isə ekranların performansı söz sahibi olacaq.

Bəs bu qatlana bilən ekran ideyası nə zaman, harda necə yarandı?

Əgər bu sual sizi maraqlandırırsa, Chip.az tərəfindən hazırlanan bu xəbəri oxumağa davam edin. Bu gün istifadəyə verilən qatlana bilən smartfonların tarixi 45 il bundan əvvəl başlayır.

Belə ki, bütün bunlar 45 il əvvəl elektron kağıza yaranan maraqla başladı: Əslində 1974-cü ildə Xerox rəhbərliyi altında başlayan proses elektron kağız ilə başlayıb, incə elektron ekranlarla davam etdi. Hər şey kağızdan başladı və hər şey rəngsiz və solğun idi.

2005-ci ildə HP istismara daxil oldu. O, dünyanın ilk real e-kağız prosessoru hazırladı.

2007-ci ildə Sony, qatlanan OLED displey paneliylə qarşımıza çıxdı. Ekranın qalınlığı yalnız 0,3 minimetr idi. 2008-ci ildə dövrün nəhəngi Nokia, Morph konsepsiyasını açıqladı. 

Nokia-nın nanotexnologiya ilə təchiz etdiyi bu cihazla şirkət smartfon inqilabını bir üst səviyyəyə aparacaqdı. Lakin, zamanı vaxtından tez qabaqlayan bu düşüncə şirkətin müflis etməsinə səbəb oldu. Bu səbəbdən Morph yalnız bir neçə təqdimatda və şüşə vitrinlərdə sərgilənməklə kifayətləndi.

Bu zaman çərçivəsində artıq yeni terminlər həyatımıza girdi: LCD, TFT-LCD, IPS-LCD, LED, OLED, AMOLED və s. 

Şüşə ekranları getdikcə daha çox incəlirdi. Bu da onlardan  istifadə zamanı hansısa qoruyucu ekranlardan istifadəyə məcbur etdi. Bununla yanşı görüntü keyfiyyətinin artması, toxunuş əmrlərinin sürətlə qəbulu və yerinə yetirilməsi işimi asanlaşdırdı. 

2010-cu ildə Sony yenidən səhnəyə çıxdı. Bu dəfə roll ekran təqdim etdi. Lakin, daha sonra Sony Ericsson ilə tərəfdaşlığı sonlandı. Və şirkət smartfon bazarında öz dizayn xətti ilə trendlərlə ayaqlaşa bilmədi.

 

Eyni ildə Samsung dünyanın ilk 4,5 dəfə incə göstərilən OLED ekranını təqdim etdi: Qatlana bilən ekranlar mövzusunda rəqabət yarandı. Samsung, demək olar ki, kütləvi istehsala yararlı texnologiya hazırladı və hər kəs bu ekrana sahib 1-2 smartfon görmək gözləyirdi.

2011-ci ildə Nokia-dan daha realist bir həmlə gəldi. O, bükərək müxtəlif əməliyyatları həyata keçirən Kinetic adlı telefon təqdim etdi. Lakin, Nokia-nın son günləri yaxınlaşırdı. Bu konsepsiya həyata keçə bilmədi və bir konsepsiya olaraq qaldı. Digər tərəfdən sözügedən ekran tam əyilmirdi. Buna baxmayaraq şirkət son günlərində belə sektora istiqamət verməyi bacardı. 

Daha sonra Samsung 2013-cü ildə belə bir reklam yayımladı. Eyni ildə Samsung Edge Display dövrünə başlatdı ki, bu da bu günki Galaxy seriaysının və qatlana bilən smartfonların özəyini təşkil etdi.

 

Nəhayət Apple-də bu siyahıya adını yazdırdı. 2013-cü ildə şirkətin qatlanabilən ekranla sahib aksesuarlar üçün bir patent aldığı haqda məlumat yayıldı.

 

 

LG və Philips-də bu rəqabətə qoşuldu. 2017-ci ilə qədər bazarda qatlanan ekran istehsalçı şirktlərin sayı əhəmiyyətli bir səviyyəyə çatdı. Samsung, LG, Sony kimi nəhənglər lider milyardlarla dolları bu işi həyata keçirmək üçün yatırdı. Beləliklə, bu dövrdə hər bir təqdimatda ən diqqəti cəlb edən ekran texnologiyalası qatlanabilən ekranlar oldu.

 

2018-ci ildə dünyanın ilk qatlanan telefonu olan Royal Flexpai təqdim olundu. Nokia-nın xəyallarını Royal adlı bir şirkət reallaşdırdı. Flexpai bir ilk olaraq yaxşı idi. Qatlanabilən ekranlarla bağlı suallar yaranmağa başladı. Qatlanma ömrü, görüntü aydınlığı, rəng dəqiqliyi və dözümlülük kimi narahatlıqlar meydana çıxmağa başladı.

 

Nəhayət 2019-cu ilə səssiz-sədasız böyüyən və sənayedə dominat olmağı bacaran Xiaomi, baş direktoru vasitəsilə son məhsullardan birini nümayiş etdirdi. Şirkət ən sabit qatlana bilən telefon MWC 2019-da nümayiş olunacaqdı.

2019-cu ildə qatlana bilən smartfonlar Samsung, Huawei, Xaomi şirkətlərinin adları iə birlikdə hallandı.

 

Samsung 20 fevral 2019-cu ildə Galaxy Fold ilə birlikdə istehlakçılar sözügedən telefonları təqdim etməyə başladı. Huawei yalnız 4 gün sonra təqdim etdiyi Mate X modeli də rəqabəti artırdı. Galaxy Fold 1980 dollar, Mate X isə 2600 dollar idi. Xiaomi və TCL kimi Çin nəhəngləri, ilin ikinci yarısından qatlana bilən telefonları satışa təqdim edəcəklər.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır