Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

  • 27 Fevral 2019

İclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Polşa tərəfindən infrastruktur nazirinin müavini Andjey Bittel rəhbərlik edib.

İclas çərçivəsində avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, tranzit daşımalar və poçt xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində yük daşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə müzakirə olunan məsələlərin nəticələrinə dair iclasın Protokolu imzalanıb.

Картинки по запросу Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır