Yaponiyadakı məbədlərin birində buddist robot istifadəyə verildi

  • 27 Fevral 2019

Chip.az bildirir ki, 400 illik bir buddist məbədində Buddanın təlimlərini gənc nəsillə paylaşma vəzifəsi bir robota aiddir. Kyoto məbədindəki robotun adı Kannon-dur.

Android Kannon ənənəvi Buddist mərhəmət tanrısı simasında yaradılıb. Şənbə günü Kodaiji məbədində ilk xütbəni səsləndirən robot mart ayında xalqa açıq çəkildə səsləndirməyə başlayacaq.

900.000 (doqquz yüz min) dollardan çox büdcəyə ərsəyə gələn robot Zen məbədinin və Osaka Universitetindən ağıllı robotlar professoru Hiroshi Ishiguro-nun ortaq çalışmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır