Belə ki, Android beta versiyasına gətiriləcək yenilənmə Qrup Söhbetləri üçün dəvət bir həftə öncə iOS tətbiqinə əlavə edilib.
Chip.az bildirir ki, sözügedən tətbiq hələ Android və İOS əməliyyat sistemlərində istifadəyə verilməyib.
Beləliklə, WhatsApp Parametrlər-Account-Gizlilik-Qruplar addımlarından sonra müxtəlif seçimlərlə rastlaşacaqsınız.
Hər kəs: Bu funksiyanı aktivləşdirdiyiniz zaman hər kəs sizi bir WhatsApp qrupuna əlavə edə biləcək.
Mənim kontaktlarım: Bu seçimdə yalnız kontaktlar siyahısında olanlar sizi WhatsApp qrupuna əlavə edə biləcəklər. Digər insanlar sizi WhatsApp qrupuna qoşulmağa dəvət edə bilməyəcək.
Heç kəs: Əgər bu seçimi seçsəniz, heç kəs sizi WhatsApp qrupuna əlavə edə bilməyəcək. Bunun yerinə siz təklif göndərəcəklər.
İOS betadan olan növbəti yeniləmə axtarış motoru ilə bağlıdır. Davamlı olaraq yenilənən bu xüsusiyyət kiçik detaylarla aparıldığına görə bəzən istifadəçilər tərəfindən hiss edilmir. Bu dəfə də axtarılan mesajları asanlıqla tapamağa yönəlmiş bir yenilikdir.
Söz və ya söz birləşmələri yazaraq axtarış sistemini işə saldıqda əlavə olaraq “Yaxın zamanlarda axtarılanlar” adı ilə yeni bir başlıq da çıxacaq. Qeyd edək ki,bu siyahını “Təmizlə” betonu ilə silə bilərsiniz. Bundan əlavə “Axtarış” bölməsinə Fotoşəkillər, Giflər, Videolar kateqoriyaları da əlavə olunacaq.
Sözügedən yenilənmələrin kodları hazır olsa da hələ istifadəyə verilməyib. Eləcə də sözü gedən bu yenilənmələr Android əməliyyat sistemli cihazlar üçün də istifadəyə veriləcək.
Sevinc Baba-zadə