Oral B-nin süni zəkalı diş fırçası: Genivus-X

  • 26 Fevral 2019

Texnologiyanın sürətli inkişafı nəticəsində bu günlərdə gündəlik həyatı asanlaşdıracaq yeni praktiki qurğuların ardı-arası kəsilmir.

Chip.az bildirir ki, dünyaca məşhur şirkət Oral B, diş fırçasını ağıllı texnologiya ilə birləşdirmək qərarına gəlir.

Belə ki, yeni süni zəkalı diş fırçası istifadəçinin fırçalama vərdişlərini öyrənməklə ağız sağlamlığı üçün ən uyğun üsulları təqdim edir. Üstəlik, USB bağlantısı vasitəsilə asanlıqla şarj edilə bilən smart telefon dəstəkli bu cihaz ağız baxımına önəm verən istifadəçilər çox əlverişlidir.

Minlərlə insanın diş fırçalama vərdişlərini bir araya toplayaraq ən sağlam yollarını sizə təqdim edən Genivus-X diş fırçalama məşqçinizə çevriləcək.

Oral B üçün Qlobal Brend Rəhbərinin Direktoru Stephen Squiere, "gələcəyin ağız baxım cihazı" adlandırdığı GENIUS-X barədə çox iddialıdır. Squiere sözlərinə görə diş fırçası, ağız və diş sağlamlığına dair mükəmməl bir təlimatçı və asanlıqla evdə sağlamlıq yoxlanışı keçirməyə imkanı verəcək cihazdır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır