Qualcomm, dünyanın ilk 5G Kompüter Prosessorunu təqdim etdi

  • 26 Fevral 2019

Qualcomm, keçən ilin dekabr ayındakı Snapdragon Texnologiya sammitində, 15W aşağı gərginlikli prosessor 8cx PC platformasını tanıtmışdı. Bu dəfə isə MWC 2019-da Qualcomm, Snapdragon 8cx-i, 8cx 5G-ə yüksəldərək dünyanın ilk 5G PC çip setini istehsal etdiyini eşitdirdi.

Chip.az bildirir ki, Snapdragon 8cx 5G platforması, Qualcomm-un 2. generasiya BASEBAND Snapdragon x55 ilə birləşdirəcək. Bu 7 Gbps kimi böyük sürət deməkdir. Qeyd edək ki, Snapdragon x55, LTE-də 2,5 Gbps sürətə qədər ən yüksək göstərici ilə dünyanın hər hansı bir bölgəsində 2G / 3G / 4G bağlantısı yaradır.

Belə ki, Snapdragon 8cx prosessoru daxili 8 Kryo 495 nüvə (Kryo tarixindəki ən güclü arxitekturaya sahib, 4 böyük və 4 kiçik nüvəli) və  Adreno 680 GPU (performansı Adreno 850-yə Snapdragon 850-dəki performansının 2 qatı) ilə birlikdə gəlir.

Bu prosessorlu noutbook məhsullarının bu ilin ikinci yarısında satışa təqdim edilməsi gözlənilir. Prosessorla bağlı əhəmiyyətli məlumatlar arsında bir neçə gün batareya ömrünü təmin etməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır