Galaxy Note10 haqqında ilkin məlumatlar yayımlandı

  • 26 Fevral 2019

Chip.az bildirir ki, Samsung təxminən bir həftə əvvəl 5G dəstəkli Galaxy S10 modellərini təqdim etdi. Bundan əlavə il ərzində ikinci təqdimat keçirməyi planlaşdıran Samsung-un yeni smartfonu Galaxy Note10 haqqında ilkin məlumatlarda yayımlanmağa başladı.

Belə ki, paylaşılan məlumatlara görə Galaxy Note10 SM-N975F model nömrəsinə sahib olacaq. Bu əhəmiyyətli bir detaldır, çünki normal olaraq Galaxy Note seriyasının model nömrəsi 0 rəqəmi ilə bitir. Həmçinin bu məlumat 5G dəstəkləmə ilə bağlı suallarada aydınlıq gətirir. Belə görünür ki, Galaxy Note10 Not ailəsinin ilk  5G dəstəkli smartfonu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır