Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
Sony Xperia 1 təqdim edildi
- 25 Fevral 2019
Chip.az bildriir ki, Yaponiyanın texnologiya nəhəngi Sony, Barselonada keçirilən Mobil Dünya Konqresində ən yeni flaqman şirkəti olan Xperia 1-ni təqdim etdi.
Sony Xperia 1 21: 9 formatında CinemaWide adlı xüsusi ekranı var. Bu 6,5 düymlük OLED ekranı 4K çözünürlük sayəsində Netflix materiallarını yüksək keyfiyyətdə izləmə imkan yaradır. HDR dəstəyi cihazın vizual keyfiyyətini optimallaşdırır və Dolby Atmos dəstəyi ilə səs mövzusunda heç bir nöqsana ter vermir.
Qeyd edək ki, Xperia 1 üçlü kamera qurğusu olan ilk Sony smartfonudur. Üç arxa kamera da 12M meqapikselli gücü təklif edir. F / 1.6 diofraqmanlı əsas kamera Dual Pixel texnologiyası sayəsində mükəmməl bir avtomatik fokuslanma imkanı təklif edir. İkincil kamera x2 optik zoom və üçüncü kamera ultra geniş açılı fotoqraf çəkiminə imkan verir. Xperia 1 Game Enhancer adlı xüsusi rejimi ilə birləşdirilib. Bu rejim sayəsində oyun oynayarkən üstün performans və güc imkanı yaradır. Əlavə olaraq, bu rejimin təklif etdiyi vasitələr sayəsində, mobil oyunçular oynayarkən eyni zamanda yayım edə bilirlər və 8MP ön kamera ilə öz görüntülərini də yayıma əlavə edə bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır