Nokia MWC-də təqdim etdiyi telefonların rəsmi videolarını yayımladı

  • 25 Fevral 2019

HMD tərəfindən satın alındıqdan sonra Nokia yavaş-yavaş markasının adını bərpa edir. Beləki, təqdim edilən telefonlar haqqında videolar yayımlanıb.

Chip.az həmin videoları sizə təqdim edir:

Nokia 9 Pureview

5 arxa kamera quruluşu ilə çəkdiyiniz şəkilləri Google Photos ilə birbaşa redaktə bilərsiniz.

Nokia 4.2

NFC və Google Pay dəstəyinə malik telefon 3000mAh batareya ilə yanaşı cihazın ekranı 5,71 düym təşkil edir.

Nokia 3.2

Nokia 3.2 nisbətən daha böyük ekran və batareyaya sahibdir. Bu telefon Nokia 4.2-dən bir qədər ucuzdur.

Nokia 1 Plus

Qiyməti "sudan ucuz" deyilə bilər. Nokia 1 Plus olduqca aşağı səviyyəli təchizatına rəğmən Android Go-dan istifadə bu problemi aradan qaldırır.

Nokia 210

Telefon danışıqlarından başqa bir özəlliyi olmayan bu telefondan İnternetə qoşula bilərsiniz.

Qeyd edək ki, telefonlarla bağlı ətraflı məlumatı saytı gün ərzində izləyərək əldə edə bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır