Chip.az bildirir ki, Çində 610 milyon dollar gəlir əldə edən The Wandering Earth ölkənin ən məşhur filmi olma yolundadır. Bunu dəyərləndirmək istəyən Netflix artıq filmi satın aldı. Bununlada The Wandering Earth Çində məşhur olsa da Netflix sayəsində daha böyük bir aditoriyaya çatması gözlənilir.
28 dildə tərcümə edilən film 190 ölkədən izləmək mümkün olacaq.
Belə ki, Netflix Çində güclü fəaliyyət göstərə bilməsə də filmləri satın alaraq böyük uğurlara imza atır. Buna misal olaraq Bodyguard və The Last Kingdom-ı göstərə bilərik.
Qeyd edək ki, şirkət keçən ilin sonunda 8 yeni Hindistan filmi daxil olmaqla 17 Asiya filminin yayımını gərçəkləşdirə bilib.
Sevinc Baba-zadə