Samsung-un bu gecə Unpacked tədbiri keçiriləcək: Galaxy S10, Galaxy F və daha çoxu təqdim olunacaq

  • 20 Fevral 2019

Chip.az bildirir ki, Galaxy S və Note seriyasını davam etdirəcək Samsung bu gecə qatlanabilən telefon modelləri ilə yanaşı ağıllı saatlar, prosessor çipləri, 5G dəstəkləyən mobil modemlər və yeni nəsil interfeyslər (UI) ilə birlikdə 3 smartfonunu da təqdim edəcək.

Beləki, Apple Airpods-a rəqib olacaq naqilsiz qulaqlıq Galaxy Buds simsiz şarj dəstəkli qutusunda təqdim olunacaq. 5G dəstəyi ilə növbəti nəsil Exynos çip dəsti ilə 5G dəstəyi təqdim ediləcək. Yeni nəsil Android üçün yeni nəsil interfeys - One UI ilə Samsungun ən yüksək səviyyəli Android təcrübəsi təqdim edilməsi gözlənilir. Galaxy Watch Active və Galaxy Fit sport idman dizaynı xətləri ilə təqdim ediləcəklər siyahısındadır.

Dörd yeni qabaqcıl smartfon: Galaxy S10, S10e, S10 + və 5G dəstəkli S10

5,8 (S10e) 6.1 (S10), 6.4 (S10 +) düym olan 3 müxtəlif ölçülü ekranın təqdimatı gözlənilir. Bu ekranlar Infinity-O dizaynı ilə gəlir. Snapdragon 855 və Exynos 9820-dən istifadə olunan bütün modellər arxa kameraların sayına görə də fərqlənəcək.

Qatlana bilən Galaxy F uzun müddətdir öz marağını qoruyub saxlaya bilib. Bu gün rəsmi şəkildə təqdim olunması gözlənilən smartfondan gözləntilər çox yüksəkdir. Bazarda Samsung qədər qatlana bilən smartfona diqqət və maliyyə ayıran ikinci bir şirkət yoxdur.

Qatlanma ömrü, ekranın dayanıqlığı və görüntü imkanı, gövdə sərtliyi, çəki, tutma şəkli kimi suallar bu gecə təqdimatda öz cavabını tapacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır