Xiaomi Mi9 rəsmi şəkildə təqdim edildi

  • 20 Fevral 2019

Chip.az bildirir ki, Çinin ağıllı telefon istehsalçısı Xiaomi paytaxt Pekində təşkil edilən təqdimatda  Mi9-u istehlakçılara təqdim etdi. Dizayn baxımında yenilik edən Mi 9 damla çəntikli dizaynı və bir əvvəlki nəslə görə 40% incə çərçivələri ilə 90.7%  kimi olduqca iddialı bir ekran gövdə nisbətiylə gəlir.

Arxa tərəfində yanlardan qövslü və rəng keçişli bir şüşə panelə sahib olan cihaz, bu qəşəng dizaynı sayəsində həm əldə rahat tutuş imkanı,  həm də son dərəcə premium bir görünüş yaradır. Üçlü kamera cihazın arxa yuxarı sol üst küncündə şaquli olaraq yerləşdirilib.

Samsung tərəfindən istehsal olunan 6,39 düymlük Full HD + bir AMOLED Xiaomi Mi 9 bu ekranı cızılma və qırılmaya qarşı Corning Gorilla Glass 6 ilə qoruyur. Cihazın Snapdragon 855 Mobil Platform-u möhtəşəm bir Android performansı təqdim edərkən, Adreno 640 GPU da bütün oyunları axıcı bir şəkildə oynaya bilməyinizi təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır