LG şirkəti qatlana bilən telefon istehsal etməyəcək

  • 18 Fevral 2019

Samsung, Huawei, Xiaomi və digər şirkətlərin yaxın vaxtlarda onların qatlama cihazlarını işə salması gözlənilərkən, LG belə düşünmür.

Chip.az bildirir ki, LG, CES-də göstərdiyi rulet halına salına bilən televizyonuyla bizləri təəccübləndirməyi bacarsa da bu tip telefonlar istehsal etmək üçün hələ tez olduğunu bildirmişdi. LG Electronics mobil və televiziya şöbəsinin rəhbəri Brian Kwon Seulda keçirilən mətbuat konfransında deyib:

"Yanvar ayında LG, CES-də yuvarlanan bir televiziya tanıtdı. Bu texnologiya, qatlana bilən texnologiyanın bir addım önündədi. 5G-ə sahib telefonu çıxarma planlarımız əsnasında qatlana bilən telefon istehsal etməyi dəyərləndirsəkdə, daha sonra fikrimizdən yayındıq. Ağıllı telefon bazarında 1 milyon məhsul arasında LG-nin əsas məqsədi, problemləri həll etmək və bazarda öz yerlərini bərpa etməkdir. Biz qatlanan bir telefon istehsal etməyə tam hazırıq, lakin, bazarda yerimizi bərpa etmədən bunu etmək hazırda məntiqli deyil ."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır