Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
Ad oxşarlığı səbəbindən yeni bir oyun 2 həftəyə 40 qat daha çox gəlir əldə etdi
- 18 Fevral 2019
Apex Legends-ın battle royale oyun növündə etdiyi bir yenilik yoxdur, amma ikinci həftədən 30 milyon oyunçunu platformada bir araya toplaya bilib. Beləki, bu günlərdə Apex Legends özüylə heç bir əlaqəsi olmayan bir oyunun satışlarının partlayışa gətirib çıxardı.
Chip.az bildirir ki, xüsusilə virtual reallıq üçün nəzərdə tutulmuş Apex Construct satışları inanılmaz səviyyəyə çatdı. Son 2 həftədə oyunun ümumi satışını 4000% nisbətində artan oyunun prodüseri Fast Travel Games ad bənzərliyi səbəbiylə oyunun səhvən alındığını və bəzi oyunçuların geriyə qaytarma prosesini başlatdığını, buna rəğmən belə kifayət qədər gəlir əldə etdiklərini etiraf etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır