Yeni kosmik xəritənin hazırlanması üçün SPHEREx layihəsi işə başladı

  • 18 Fevral 2019

Chip.az bildirir ki, The Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and ICES Explorer (SPHEREx) vəzifəsi, 2023-ci ildən başlayacaq və 2 il davam edəcək. 

SPHEREx-in missiyası bizə yaxın və uzaq olan milyonlarla qalaqtikaların xəritəsini hazırlamaqdır. SPHEREx, optik və infraqırmızı işıqlar istifadə edərək 300 milyondan çox qalaktikadan və öz qalaktikamızdakı 100 milyondan çox ulduz haqqında məlumat toplayacaq. Vəzifənin əsas məqsədi kainatın hansı mərhələlərdən keçdiyi və həyat üçün zəruri komponentlərin qalaktikamızdakı planet sistemlərində nə qədər mümkün olduğunu öyrənməkdir.

96 rəng bantında bir xəritə yaratmaq üçün hər altı ayda bir bütün səmanı xəritələyəcək olan SPHEREx ulduzların doğulduqları və yeni planetlərin meydana gəldiyi bölgələrdə su və metanol kimi orqanik molekulları axtaracaq.

NASA-nın Elm heyyətinin müdir müavini Tomas Zurbuchen verdiyi şərhdə "Bu vəzifə alimlər üçün unikal məlumatları özündə əks etdirən kainatın ilk anlarından barmaq izləri ehtiva edən bənzəri görülməmiş bir qalaktik xəritə təqdim edəcək. Bu vəzifə sayəsində elmdəki ən böyük sirrlərdən birinə dair yeni bilgilərə sahib olacağıq: Kainatın böyük partlayış sonrası nanosaniyadan daha az böyüməsinə səbəb olan nədir? " fikirlərini ifadə edib.

SPHEREx-in bir başqa funksiyasıda Hubble-dən 100 qat daha güclü olacaq olan James Webb Kosmos Teleskopu-nun kəşf edəcəyi hədəfləri daha çox ətraflı araşdırmaq olacaq. Layihənin dəyəri xərclərə təqribən 242 milyon dollardır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır