Nubia MWC – də yeni Smart Watch təqdim edəcək

  • 16 Fevral 2019

Chip.az bildirir ki, fevral ayının 25-də Mobile World Congress (MWC) tədbirinə dəvətnamələr göndərməyə başlayan Çin şirkəti Nubia maraqlı bir məhsul təqdim edəcək.

Beləki, "Flex Your Life" şüarı ilə ortaya çıxan model geyilə bilən smartfon kateqoriyasında yer alacaq. China Unicom ilə əməkdaşlıq edərək məhsulun ekranını dizayn edərək hazırlanan məhsul son dərəcə çevik bir quruluşa sahib olacaq.

Nubia CEO'su Ni Fei bu cihazın əvvəlki modelə bənzəyəcəyini bildirib: “Məhsul gündəlik istifadə üçün daha rahatdır və böyük bir trend yaradacaq.

Qeyd edək ki, şirkətin əvvəlki məhsulu da yüksək qiymətləndirilib. Berlindəki IFA 2018-də şirkət nubia-α-nı elastik bir OLED ekranlı cihazını dünyanın ən qabaqcıl smart watch telefonu olaraq təqdim edib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır